Bakı, 26 noyabr, Sevda Cəfərova, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2025-ci ildə “Zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi” probleminin həlli istiqamətində aparılan tədqiqatlar zamanı mühüm...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda “Qeyri-rəsmi məşğulluq, onun zərərləri və bununla mübarizə yolları” mövzusunda maarifləndirmə seminarı keçirilib
25 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-rəsmi məşğulluq, onun zərərləri və bununla mübarizə yolları” mövzusunda maarifləndirmə seminarı keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib ki, tədbiri giriş sözü...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Azərbaycanın kimyaçı alim akademiki Yusif Məmmədəliyevin anadan olmasının 120-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Vaqif Fərzəliyev açaraq, Yusif Məmmədəliyevin həyat və yaradıcılığından, “Yusif Məmmədəliyev məktəbi”nin yaranmasından, görkəmli alimin elmin inkişafı naminə gördüyü işlərdən geniş məlumat verib. O, həmçinin qeyd...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib. Tədbirin məqsədi gəncləri maarifləndirmək, bi sahədə aparılan işlərdən danışmaqdan ibarət olub.
Tədbiri giriş şozü ilə başlayan Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva narkomaniyanın müasir dövrdə geniş yayılmasını, onun vurduğu ziyanları, narkomaniyanın qarşısının...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illik və Aşqarlar Kimyası İnstitutunun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Milli Elmlər Akademiyasının və Aşqarlar Kimyası İnstitutunun yaranma tarixi, inkişaf yolu haqqında geniş məlumat verib.
Akademik Vaqif Fərzəliyev...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda laboratoriya və şöbələrin 2025-ci ildəki elmi-təşkilati fəaliyyətinin hesabatları dinlənilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən laboratoriya və şöbələrin 2025-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclasları keçirilib.
İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki: "Bu il institutumuzda fundamental və tətbiqyönlü mühüm nəticələr əldə olunub, həmin nəticələrin nüfuzlu beynəlxalq bazalarda arxivləşmiş, yüksək impakt faktorlu Q1-Q4 klasifikasiyalı jurnallarda dərc olunması,...
Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90, akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunan respublika elmi konfransı keçirilib
22-23 oktyabr 2025-ci il tarixlərində akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 və Azərbaycanın görkəmli kimyaçı alimi, akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunmuş respublika elmi konfransı keçirilib.
Əvvəlcə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun və akademik Toğrul Şahtaxtinskinin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq...
Xəbərlər
Azərbaycan Elm Fondunun müştərək beynəlxalq layihəsi çərçivəsində mühüm nəticələr əldə olunub
AR Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53)) qalibi olan «Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metaloenzim inhibitorlarının yaradılması və in vitro və in vivo təcrübələrində onların effektivliyinin öyrənilməsi» layihəsi çərçivəsində mühüm nəticə əldə ediblər. Layihənin rəhbəri akademik Vaqif Fərzəliyevin...
Oktyabrın 8-də kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Nobel Komitəsi 2025-ci ildə kimya üzrə Nobel mükafatının Susumu Kitagava, Riçard Robson və Omar M.Yaqhiyə “metal-üzvi çərçivələrin inkişafına görə” verilməsi barədə qərar qəbul edib.
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında” Qərar imzalayıb.
AZƏRTAC xəbər verir ki, qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:
- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;
- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;
- Fizika İnstitutunun və Radiasiya Problemləri...










