Qarabağ erməniləri iki seçim qarşısında

170

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində diqqət cəlb edən məqamlardan biri Qarabağın dağlıq hissəsində toplum şəklində yaşayan ermənilərə tövsiyələri ilə bağlıdır. Bu humanist fikirlər bir tərəfdən onlara hələ də seçim imkanları tanımaqdırsa, digər tərəfdən baş verənlərdən nəticə çıxarmaları üçün son xəbərdarlıqdır. Onlar bir şeyi yaxşı anlamalıdırlar ki, torpağın əsl sahibləri olan Azərbaycanlıları öz doğma evlərindən-eşiklərindən didərgin salmaqlarına, başlarına olmayan fəlakətləri gətirmələrinə baxmayaraq, o xalqın rəhbəri onların yersiz gəlib, yurd saldıqları yerlərdə yaşamaqlarına davam etmələrini istəyir. Dünyanın heç bir ölkəsinin nə xalqı, nə də rəhbəri bu qədər humansitlik nümayiş etdirməzdi. Belə göydəndüşmə fürsəti isə hər bir xalq, millət düşünmədən dəyərləndirər, onları yalanları ilə aldadan qondarma liderlərinin arxasınca getməzdilər.

Bu yerdə bu günümüz üçün də keçərli olan ibrətamiz təmsillərimizdən olan “Tısbağa və əqrəb”i xatırlatmaq yerinə düşər. Çünki gözlənilməz sonluqları olan müdrik məsəllər və hekəyələr bəlkə bədnam erməni qonşularımıza daha dərin təsir edər, nəinki ağıllı fikirlər və sitatlar gətirməklə o ağılsızları nəyəsə inandıra bilək:
– Günlərin bir günü əqrəb tısbağadan xahiş edir ki, o, onu çaydan keçirsin. Tısbağa imtina edir, lakin əqrəb onu yola gətirə bilir.
– Yaxşı, – deyə tısbağa razılaşır, – amma söz ver ki, sən məni sancmayacaqsan.
Əqrəb tısbağanı sancmayacağına söz verir. Onda tısbağa əqrəbi öz belinə qoyur və çaydan keçirir. Əqrəb bütün yol boyu sakit dayanır, lakin çayı keçib sahilə az qalmış tısbağanı sancır.
– Heç utanırsan, əqrəb? Axı sən mənə söz vermişdin ki, məni sancmayacaqsan!- deyə tısbağa qışqırır.
– Nə olsun? – deyə əqrəb soyuqqanlılıqla deyir.- Bəs sən mənim xasiyyətimi bildiyin halda nəyə görə məni çaydan keçirməyə razı oldun?
– Tısbağa qəzəblənib deyir:- Ay insafsız, mən sənin üçün bu bəla bulağına düşmüş, şirin canımı bu fəlakət dəryasına atmışam nə minnət bilirsən, nə mürüvvət. Təşəkkür etmirsən cəhənnəm. Heç olmasa dinc oturub sancma!
Bunun qarşılığında əqrəb deyir:
– Sənin təbiətin elədir ki, hamıya kömək edirsən, mənim isə təbiətim elədir ki, hamını sancıram. Mən hər zaman etdiyimi etdim, səni sancdım!
Tısbağa bunu eşitcək – mənim də xasiyyətim suya batmaqdır, deyir.
O saat arxası üstə çevrilib suyun dərinliyinə baş vurur, əqrəb dərhal sürüşüb suya batır və boğulur.

Bu hadisədən belə bir dərs ala bilərik: vicdansız erməniləri torpağımızda saxlasaq da onların bizə xəyanət edəcəklərinə də hazır olmalıyıq. Onların təbiəti belədir.
Huylu huyundan, köylü, köyündən vazgeçmədiyi kimi, ermənilərdə qazanılmış imunitetləri olan pis vərdişlərindən asanlıqla keçənə oxşamırlar.
İrsiyyət deyilən dərin bir elm var. O elmin bizə görünən tərəflərinə görə, irsi xüsusiyyətlər asanlıqla dəyişdirilə bilməz. Nə qədər çalışsan da faydası yoxdur. Bu zay məxluqatlar “Böyük Ermənistan” xülyası, “Dağlıq Qarabağın müstəqil ola biləcəyi” nağıllarına o qədər inanıblar ki, yuxudan ayılmaq belə istəmirlər. Görünən odur ki, “DƏMİR YUMRUQ” da onları tam ayıltmayıb.
Əks halda Dövlətimizin başçısının vurğuladığı kimi, Qarabağ erməniləri başa düşərdilər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini,bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşamaları onların əldə edə biləcəkləri son arzu-istək olmalıdır. “Onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır.

Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”, – deyə cənab İlham Əliyev bildirib.
Ölkə rəhbərinin bəyan etdiyi kimi Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər: “Bu, onların seçimidir. Bu, bizim onları buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan
vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur”, – dövlət başçısı vurğulayıb.

Deməli ölkənin birinci şəxsi bəyan edir: iki seçim var – ya Azərbaycan vətəndaşı olaraq, qanunlarımız altında yaşayacaqsınız, ya da istədiyiniz yerlərə köçüb gedəcəksiniz. Yoxsa “blokada”, “aclıq” nağıllarını uşaqlarınıza saxlayın. Bu ədalətsiz dünyada elə o dünya güclərinin əsl aclıqla imtahan etdikləri Afrika xalqları üçün bir “taxıl yolu”nu aça bilmədikləri halda Qarabağın cənnət guşəsində “eyş-işrətlə məşğul olan”ların sosial şəbəkələrdə paylaşdıqları ad günləri, toy düyünlərdəki nümayiş etdirdikləri şadyanılaqları görməzdən gəlib, boş hay-küylərinizə inanacaqlarını zənn edirsiniz, vallah yanılırsınız. Maraqlı sual
deyilmi: Əgər Qarabağda, həqiqətən, aclıq varsa, onda ermənilər niyə Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yüklərin daşınması təklifimizə müsbət cavab vermirlər? Təkcə bu fakt bir daha göstərir ki, əslində Xanın kəndində heç bir blokada və aclıq yoxdur. Sadəcə düzüb-qoşduqları tamaşa ilə diqqətləri özlərinə çəkmək istəyirlər.

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü

PAYLAŞ