AMEA Aşqarlar Kimyası İnstitutunda Respublika elmi konfransı keçiriləcək

581

 Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun təşkilatçılığı ilə 2022-ci il 30-31 may tarixlərində üzvi kimya, neft kimyası və neft emalı sahəsində görkəmli alim, keçmiş SSRİ-də sürtkü yağlarına, yanacaqlara və xüsusi mayelərə aşqarlar kimyasının əsasını qoymuş kimyaçılardan biri, respublikanın əməkdar elm xadimi, Azərbaycan və iki dəfə SSRİ Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, professor, AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcısı və ilk direktoru olmuş akademik Əli Musa oğlu Quliyevin 110 illik yubileyinə həsr olunmuş “Müxtəlif təyinatlı üzvi maddələr və kompozision materiallar” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. Konfransın keçirilmə forması davam edən pandemiya şəraiti ilə əlaqədar respublikada həmin vaxtdakı karantin şərtləri nəzərə alınmaqla müəyyən ediləcək.

Marağı olan bütün şəxsləri konfransda iştirak etməyə dəvət edirik.

Konfransın elmi proqramında aşağıdakı bölmələr üzrə  plenar, şifahi və stend məruzələrin  dinlənilməsi nəzərdə tutulur:

  1. Yağlara, yanacaqlara və xüsusi mayelərə aşqarlar, polimer materiallarına stabilizatorlar
  2. Kompozision materiallar
  3. Neft və qaz hasilatı və emalında istifadə olunan reagentlər
  4. Aşqarların, reagentlərin və kompozision materialların sintezi və tətbiqinin ekoloji aspektləri
  5. Zərif üzvi sintez və bioüzvi kimya
  6. Kompüter kimyası

Konfransın rəsmi dili Azərbaycan, rus və ingilis dilləridir.

Konfrans  haqqında əlavə məlumatı institutun saytından ica.az ala bilərsiniz.

Konfrans materialları aşağıdakı tələblərə uyğun tərtib olunmalıdır:

  • məruzənin adı böyük hərflərlə, qalın, şrift – 12;
  • müəlliflərin adları – adi hərflərlə, qalın, şrift – 12;
  • elm (təhsil) müəssisənin adı– adi hərflərlə, kursiv, şrift – 12;
  • məruzəçinin e-mail ünvanı – şrift – 12;
  • mətnlərin yığılması – kompüterdə A4 formatda, Microsoft Word proqramında, yuxarı və aşağıdan – 2 sm, sağdan – 2 sm, soldan – 2 sm məsafə saxlamaqla, Arial şrifti – 12, sətrarası 1 intervalla, 1-2 səhifə həcmində çap olunmalıdır; şəkil, qrafik, cədvəllər və ədəbiyyat mətnin daxilində verilməlidir, məruzəçinin adının altından xətt çəkilməlidir;.
  • məruzələr 2 nüsxədə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) və elektron variantında təqdim olunmalıdır;
  • təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək;
  • məruzələr redaktə olunmayacaq, təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəlliflərin özü daşıyır.

Məruzələrin tezisləri, dərc edilmənin mümkünlüyü haqqında ekspertiza aktı və  qeydiyyat forması (əlavə 1.)  2022-ci ilin aprel ayının 1-dək qəbul edilir:

Qeydiyyat forması   – 1 nüsxə
Tezislər                  – 2 nüsxə və elektron variantı
Ekspertiza aktı       – 1 nüsxə

Materiallar müşayiət məktubu ilə birlikdə AMEA Aşqarlar Kimyası İnstitutunun ünvanına göndərilməlidir:

AZ.1029, Bakı şəhəri, Böyükşor şosesi, 2062-ci məhəllə
Əlaqə telefonları: (012) 514-96-12; (012) 514-98-74
Elektron ünvan: aki05@mail.ru

Təşkilat Komitəsi

  Əlavə 1

Qeydiyyat Forması

 Müəllifin (-lərin) S.A.A. _____________________________________________________

İş yeri___________________________________________________________________

Vəzifəsi _________________________________________________________________

Şəhər __________________________________________________________________

Ünvan (iş) _______________________________________________________________

E-mail___________________________________________________________________

Tel., faks (iş) _____________________________________________________________

Çıxışın adı_______________________________________________________________ ________________________________________________________________________

Bölmənin,

mövzunun nömrəsi ________________________________________________________

Müəlliflər________________________________________________________________

 

                                           KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

 

SƏDR:

 Fərzəliyev V.                          akademik, AMEA Aşqarlar Kimyası İnstitutunun baş                                                          direktoru

MƏSUL KATİB:

Səfərova M.                            k.ü.f.d., dosent, AMEA Aşqarlar Kimyası İnstitutunun elmi                                                 katibi

ÜZVLƏR:

Abbasov V.                             akademik, AMEA Neft Kimya Prosesləri İnstitutunun  baş                                                   direktoru

 Abdullayev Y.                        k.ü.f.d., dosent, Bakı Mühəndislik Universitetinin                                                               “Kimya mühəndisliyi” kafedrasının müdiri

 Ağayev Ə.                             k.e.d., Sumqayıt Dövlət Universitetinin professoru

 Babanlı M.                            AMEA-nın müxbir üzvü, AMEA Kataliz və Qeyri-üzvi                                                           Kimya İnstitutunun icraçı direktoru

 Əliyev A.                              akademik, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun                                                 şöbə müdiri

 Əliyev F.                              akademik, AMEA Gəncə Elmi Bölməsinin sədri

 Əlimərdanov H.                    AMEA-nın müxbir üzvü, AMEA Neft Kimya Prosesləri                                                          İnstitutunun şöbə müdiri

 Əmirov F.                              tex.e.d., professor, Azərbaycan Dövlət Neft və                                                                  Sənaye Universitetinin “Üzvi maddələr və                                                                        yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının                                                  müdiri

 Hacıyeva S.                            k.e.d., professor, Bakı Dövlət Universitetinin                                                                    “Ekoloji kimya” kafedrasının müdiri

 Qarayev E.                             k.e.d., prof., Azərbaycan Tibb Universitetinin “Ümumi                                                       və toksikoloji kimya” kafedrasının müdiri

 Quliyev F.                              k.e.d., prof. Azərbaycan Tibb Universitetinin professoru

 Quliyev K.                              k.e.d, professor, AMEA Polimer Materialları  İnstitutunun                                                   icraçı direktoru

 Məcidov Ə.                            akademik, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun                                                 şöbə müdiri

 Məhərrəmov A.                     akademik, Bakı Dövlət Universitetinin “Üzvi kimya”                                                          kafedrasının müdiri

Məmmədov B.                         AMEA-nın müxbir üzvü, AMEA Polimer Materialları                                                             İnstitutunun baş direktoru

Məmmədov İ.                         k.e.d., professor, Bakı Dövlət Universitetinin “Neft                                                             kimyası və kimya texnologiyası” kafedrasının müdiri

 Mürsəlov N.                           tex..e.d., dosent, AMEA Neft Kimya Prosesləri                                                                   İnstitutunun icraçı direktoru

Sucayev Ə.                             k.e.d., dosent, AMEA Aşqarlar Kimyası İnstitutunun  icraçı                                                  direktoru

Verdizadə N.                          k.e.d., Azərbaycan Dövlət Pedaqoji Universitetinin                                                            professoru

 Yusibov Y.                              k.e.d., professor, Gəncə Dövlət Universitetinin rektoru

Zalov Ə.                                   k.e.d., dosent, Azərbaycan Dövlət Pedaqoji                                                                       Universitetinin “Analitik və fiziki kimya” kafedrasının müdiri

 

 

 

PAYLAŞ