2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

74

 27 may 2024, 16:04

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən qərara alıram:

2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:

 

Texnika sahəsi üzrə

– “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili”  kompleks elmi-texniki işinə görə

Vaqif Məcid oğlu Fərzəliyev

Həqiqət Əliəşrəf qızı Cavadova

Əfsun Rəzzaq oğlu Sucayev

Mədəniyyət sahəsi üzrə

 

Mehriban Zaur qızı Ələkbərzadə                 – Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2024-cü il

 

PAYLAŞ