Şəkərli diabet əleyhinə daha təsirli dərmanların axtarışı davam edir

65

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimlərinin Türkiyənin Atatürk və Bartin Universitetlərindən olan həmkarları ilə birgə beynəlxalq elmi əməkdaşlıq çərçivəsində “Şəkərli diabet əleyhinə potensial dərman maddələri təsirinə malik enzim-izoenzim inhibitorların tapılması” istiqamətində apardıqları tədqiqatların mühüm nəticələri növbəti məqalə şəklində Q2 kateqoriyalı “Web of Science” bazasında impakt faktoru 3.2 olan dünyaca məşhur “Elsevier” nəşriyyatının  “Journal of the Indian Chemical Society” jurnalında (Kamala Askarova, Sevgili Mammadova, Vagif Farzaliyev, Afsun Sujayev, Nastaran Sadeghian, Parham Taslimi, Namık Kılınç, Musa Akkuş, Arslan Recep Şahin, Saleh Alwasel, İlhami Gulçin, Novel Regioselective Sulfamidomethylation of Phenols: Synthesis, Characterization, Biological Effects, and Molecular Docking study, 2024, https://doi.org/10.1016/j.jics.2024.101318) dərc olunub.

İnstitutdan bildirilib ki, müfəssəl araşdırma zamanı yeni regioselektiv sulfamid birləşmələri sintez olunmuşdur. Onların arasında farmakofor qrupları olan regioselektiv sulfamid birləşmələrinin dörd nümayəndəsinin bioloji aktivliyi ətraflı öyrənilmişdir. Bu işdə istifadə edilən birləşmələr α-amilaza, AR və α-qlikozidaza fermentlərinə qarşı təsirli inhibitor xüsusiyyətlər nümayiş etdirmiş və həmin fermentlərin güclü inhibitorları olmaq potensialına malikdir. Sonda regioselektiv sulfamid birləşmələrin şəkərli diabetin ağırlaşmalarının müalicəsində və ya qarşısının alınmasında faydalı ola biləcəyi çoxsaylı analizlərlə müəyyənləşdirilmişdir.

PAYLAŞ