Toyota T-HR3 adlı insana bənzər robotu təqdim etdi

2008

The Japan Times qəzetinin xəbər verdiyi kimi, yapon şirkəti Toyota operatorun hərəkətlərini yüksək dəqiqliklə təkrarlamaq qabiliyyəti olan T-HR3 robotunu göstərdi

Bu artıq şirkəti tərəfindən hazırlanmış üçüncü nəsil robotdur. Robotu yaradanların fikrincə, perspektivdə belə robotlar müxtəlif funksiyaları yerinə yetirə bilərlər. Xüsusilə, onlar ev işlərində və ya tibb müəssisələrində yardım edə, eləcə də təbii fəlakət zonalarında işləyə bilərlər.

Robotu idarə etmək üçün mühəndislər əks əlaqə sistemi olan xüsusi kreslo-ekzoskelet   hazırlamışlar. Bu sistem operatora əlləri və ayaqları ilə hərəkət etməyə, robota isə onlarla mexaniz vasitəsilə həmin hərəkətləri dəqiqliklə təkrar etməyə imkan verir. Lazım gəldikdə operator dünyanı robotun “gözləri” ilə görmək üçün həm də virtual reallıq eynəyini geyə bilər.

Robotun görünüşü və bəzi imkanları haqqında  visual təsəvvür əldə etmək üçün YouTube-da qoyulmuş videoçarxa baxmaq olar.

Qeyd edək ki, insana bənzər robotların istehsalı ilə digər şirkətlər də məşğul olur. Belə ki, ötən həftə Boston Dynamics tullanmaq və mayallaq aşmaq qabiliyyəti olan  Atlas adlı robotu nümayiş etdirmişdir

Mənbə: https://www.prnewswire.com/news-releases/toyota-unveils-third-generation-humanoid-robot-t-hr3-300559692.html

PAYLAŞ