Twist Bioscience sevimli mahnınızı birbaşa DNT-yə yazacaq

2003

Bu günə qədər, informasiyanın saxlanması üçün bulud xidmətlərindən başlayaraq məlumatları boş disklərə yazmaq kimi “dədə-baba” qaydasına qədər olduqca çoxlu üsullar var. Bununla birlikdə, texnologiyaların inkişafı ilə faylların miqdarı artmaqdadır və bizim daha geniş məlumat daşıyıcılarına ehtiyacımız olur. Twist Bioscience şirkətinin nümayəndələri DNT-yə hər hansı bir populyar mahnını yazmağa hazır olduqlarını bildiririlər.

Xatırladaq ki, start-up süni DNT  və süni genlərin çap ilə məşğul olur. Bir tablet ölçüsü olan DNT informasiyası məlumat daşıyıcısı yaddaşı bir neçə terabayt olan diskdən daha çox məlumat saxlaya bilər. Twist Bioscience bu işə artıq 259 milyon dollar sərmayə qoyub. İndi hər kəs şirkətin xidmətlərindən istifadə edə bilər, yalnız onun qiyməti olduqca bahadır. Məsələn, həcmi 12 meqabayt olan sevdiyiniz mahnıları DNT-ə yükləmək üçün təxminən 100,000 dollar sərf etmək lazımdır. Amma hər şey belə də pis deyil! Twist Bioscience direktoru Emily Leprust görə, “Yaxın illərdə DNT üçün məlumatların saxlanması qiyməti getdikcə aşağı düşəcək və 2028-ci il üçün bu xidmət təxminən 10 sent olacaq. İndi biz genlərə məlumat yazma təcrübələrimizi davam etdiririk. Bir də məlumatların təhlükəsizliyi üçün narahat olmayın: bütün informasiya üçün ehtiyat nüxəsi yaradılır, yəni o, bir neçə dəqiqə ərzində bərpa edilə bilər”.

PAYLAŞ