“Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlər keçiriləcək

88

Bakı, 6 noyabr, AZƏRTAC

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və İnformasiya Texnologiyaları İnstitutunun ev sahibliyi ilə noyabrın 15-16-da ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının nümayəndələri (analitiklər, kitabxanaçılar, elmmetriya üzrə əməkdaşlar və s.) üçün “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlər keçiriləcək.

Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Clarivate Analytics” şirkətinin nümayəndələri tərəfindən “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science bazasında müəllif və müəssisə profili” mövzularında 2 gün davam edəcək təlimlərdə məlumatlandırma sessiyaları təqdim olunacaq və iştirakçıların sualları cavablandırılacaq.

Xatırladaq ki, bu il iyulun 13-də ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri və elmi-tədqiqat institutları üçün “Web of Science” elmmetrik bazasına çıxış imkanının təmin edilməsi məqsədilə “Clarivate Analytics” şirkəti ilə müqavilə imzalanıb.

PAYLAŞ