“WhatsApp”da koronavirus haqqında yayılan yalan məlumatla mübarizə üçün məhdudiyyət qoyulub

1342

“WhatsApp” messencerinin nümayəndələri jurnalistlərə bildiriblər ki, “COVID-19” epidemiyası haqqında yalan məlumatların yayılmasının qarşısının alınması üçün addımlar atılıb. Artıq messencerdə koronavirus haqqında yalan məlumatla mübarizə aparmaq üçün məhdudiyyətlər qoyulub.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra.ru” saytına istinadən yazır ki, məsələn, “WhatsApp” komandası eyni anda mesaj göndərilən çatların sayını 5-dək məhdudlaşdırıb və bəzi mesajlara “göndərilmiş”, “dəfələrlə göndərilmiş” nişanlarını əlavə edib. Şirkətin nümayəndələri istifadəçiləri faktları kontaktdakı siyahılarla paylaşmazdan əvvəl onları yoxlamağa səsləyib.

Emil Hüseynov

 

PAYLAŞ