“Windows 10” əməliyyat sistemi üçün ən sürətli brauzer məlum olub

756

“Microsoft Edge” brauzeri “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlər üçün ən sürətlisi olacaq. Bu barədə “Build 2021” konfransında korporasiyanın nümayəndələri məlumat veriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, iki yeni funksiya (yatan vərəqlər və işəsalma sürətləndiricisi) brauzerin işləmə sürətini xeyli artıracaq. Birinci seçim əməli yaddaşın həddən çox istifadəsi problemini həll etməlidir – brauzerin qeyri-aktiv vərəqləri yatan rejimə keçiriləcək ki, bu da əməli yaddaşın istifadəsinə 82% qənaət edəcək. İşəsalma sürətləndiricisi “Edge” brauzerinin əsas proseslərinə həmişə arxa fon rejimində işləməyə imkan verəcək.

“Edge 91” adlandırılmış yeniləmə mayın sonunadək təqdim ediləcək.

2020-ci ildən “Edge” brauzeri “Google” şirkəti tərəfindən hazırlanmış “Chromium” mühərriki əsasında işləyir. “Microsoft” korporasiyası “Edge” brauzerinin işini sürətləndirmək üçün mənbə koduna bir çox dəyişiklik edib.

 

PAYLAŞ