“Xiaomi” enerjiyə qənaətcil “ağıllı” kondisioner təqdim edib

1245

“Xiaomi” şirkəti yeni nəsil kondisionerlər təqdim edərək öz məişət texnikası çeşidini genişləndirib. Modelin əsas özəlliyi müasir standartları üstələyən yüksək enerji səmərəliliyinə malik olmasıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Sertifikatlaşdırma Mərkəzinin qiymətləndirməsinə görə, “Xiaomi Smartmi Air Conditioner A” modellərinin illik faydalı iş əmsalı (APF) 4,65 göstəricisinə uyğundur. Bu halda Çində istifadə edilən standart dünyada ən sərt standartlardan biri hesab edilir. Şirkətin mühəndisləri bu cür göstəricilərə çeviricili xüsusi tezlik mühərrikindən istifadə sayəsində nail olublar.

Başqa sözlə, “Xiaomi”nin yeni kondisioneri təxminən 20% enerjiyə qənaət edir. Bundan başqa, yeni hazırlama “ağıllı” funksiyalar dəstəyinə malikdir və “ağıllı” ev ekosisteminin bir hissəsidir. Smartfon və ya “Xiao AI” səs köməkçisinin köməyi ilə kondisioneri idarə etmək mümkündür.

Çində “Xiaomi Smartmi Air Conditioner A” kondisionerinin kiçik modelinin qiyməti 333, böyük modelinin qiyməti isə 391 dollardır.

Emil Hüseynov

PAYLAŞ