Yaponlar kimyəvi elementlərin yeni dövri cədvəlini hazırlayıblar

1201

Yaponiyanın Kioto Universitetindən olan alimlər elementlərin yeni dövri cədvəlini hazırlayıblar. D.Mendeleyevin məşhur cədvəlindən fərqli olaraq, o, elementlərin kimyəvi xassələrinin oxşarlığına deyil, nüvədə protonların davranışına əsaslanıb.

Proton qabıqları ilə tamamilə doldurulmuş nüvələrin siyahısı alimlər üçün başlanğıc nöqtəsi olub. Bunlar helium, oksigen, kalsium, nikel, qalay, qurğuşun və flörovium elementləridir. Bu elementlər yalnız xüsusi hallarda digərləri ilə reaksiyaya girir.

Alternativ cədvəlin müəllifləri hesab edirlər ki, bu, bəzi elementləri yenidən nəzərdən keçirməyə və yeni kəşflər etməyə imkan verəcək.

poisknews.ru saytının məlumatına görə, cədvəldə kimyəvi elementlər haqqında informasiya daha rahat formaya salındığından tələbə-fiziklər üçün olduqca faydalı olacaq.

PAYLAŞ