Yasamal rayonunda “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbacan mənim həyatımdır!” adlı tədbir keçirilib

118

Yeni Azərbyacan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Heydər Əliyev İli” ilə əlaqədar olaraq “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbacan mənim həyatımdır!” adlı yekun tədbir keçirilib.

Tədbirdə  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Heydər Əliyev ili”, Partiyanın ictimai-siyasi həyatında səmərli fəaliyyətlə əlaqədar olaraq fəxri fərmanlar təqdim olunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlərdə fəal iştirak etdiyinə görə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2023-cü il 26 dekabr tarixli 583 nömrəli sərəncamı ilə “Fəxri fərmanla” təltif olunmuşdur.

PAYLAŞ