Yeddi ekranlı noutbuk təqdim edilib

815

Böyük Britaniyanın “Expanscape” şirkəti yeddi ekrana malik kompüter buraxıb. Bu barədə “Gizmodo” nəşrinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, təqdim olunan qurğu 2020-ci ilin əvvəlində nümayiş etdirilən “Aurora 7” modelinin yeni versiyasıdır. Kompüter noutbuk forum-faktoruna və əsas ekrandan başqa altı əlavə ekrana malikdir. Qurğu “4K” təsvir ölçülü dörd ədəd (iki portret və iki albom şəkilli) 17,3 düym diaqonallı ekranla təchiz edilib. 1920х1200 pikselli 7 düymlük daha iki displey əsas ekran üzərində, yeddinci əlavə isə klaviatura altında yerləşir.

Təsvirə görə, kompüter tərtibatçı, proqramçı və maliyyə treyderləri üçün işçi maşın kimi nəzərdə tutulub. Model satışdakı digər noutbuklardan fərqli olaraq portativ deyil – qurğunun qalınlığı 4,3 4,3 düym, çəkisi 12 kq təşkil edir.

Aparat “Intel i9 9900K” prosessoru üzərində qurulub, maksimal komplektləşdirmədə 64 giqabaytlıq operativ və 2,5 terabaytlıq quraşdırılmış yaddaş tutumuna malikdir. Kompüter “Nvidia GTX 1060” videokartı ilə tədarük edilir. Model periferiyalı qurğuların qoşulması üçün bir neçə porta və bir neçə saatlıq avtonom işi təmin edən akkumulyatora malikdir.

“Expanscape” nümayəndələrinin sözlərinə görə, model portativ şəklində mövcuddur. Noutbukun qiyməti açıqlanmasa da, şirkətin saytında öncədən sifarişlər razılaşma yolu ilə qəbul edilir.

“Aurora 7” modelinin ilk versiyası 2020-ci ilin yanvarında təqdim edilib. Yeddi ekrana malik kompüter dördnüvəli “Intel i7” prosessoru, “NVMe” bərkcisimli toplayıcısı və 64 giqabaytlıq operativ yaddaşla təchiz olunub.

ictnews.az

 

 

PAYLAŞ