Yeni “Samsung” noutbukları buraxılıb

682

“Samsung” şirkəti “Google Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni “Chromebook 4” və “Chromebook 4 ” noutbuk modellərini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, 1366х768 piksel təsvir ölçülü 11,6 düymlük ekranla təchiz edilən “Chromebook 4” modeli 4 giqabaytlıq “LPDDR4” operativ yaddaşı dəstəkləyən quraşdırılmış “Intel UHD 600” qrafikalı “Intel Celeron N4000” prosessoru əsasında hazırlanıb. 32 giqabayt tutumlu quraşdırılmış “eMMC” toplayıcısını “microSD” yaddaş kartları üçün slot vasitəsilə genişləndirmək mümkündür.

İnterfeyslər siyahısına “USB Type-C”, “USB 3.0 Type-A” portları, eləcə də “Bluetooth 4.0” və “Wi-Fi 802.11ac” modulları daxildir. Noutbuk 720p təsvir ölçülü veb kamera və iki dinamik ilə təchiz olunub. 5070 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator qurğunu təkrar enerji toplamadan 12,5 saatlıq avtonom iş vaxtı ilə təmin edib.

“Chromebook 4 ” noutbukunun modifikasiyası ekran (15,6 düym diaqonal, təsvir ölçüsü 1920х1080 piksel) istisna olmaqla əsas modelin oxşar xüsusiyyətləri ilə təchiz edilib. Noutbukun avtonom iş vaxtı 10,5 saat təşkil edir.

Məlumata görə, yeni qurğular oktyabrın 9-dan etibarən ABŞ-da satışa çıxarılacaq. “Samsung Chromebook 4” noutbukunun qiyməti 229 dollar, “Chromebook 4 ” modelinin isə 349 dollar təşkil edəcək. Noutbukların digər regionlarda nə vaxt satışa çıxarılacağı hələ ki məlum deyil.

Nizam Nuriyev

 

PAYLAŞ