Alimlər android robota emosiyalarını ifadə etməyi öyrədiblər

794

Kolumbiya Mühəndislik İnstitutunun Yaradıcı maşınlar laboratoriyasının əməkdaşları süni zəka (AI) sayəsində insanın mimikasına cavab verən və emosiyaları canlandıran ifadəli üzlü özünü idarə edən EVA adlı android robotun yaradılması üzərində beş il çalışmışlar. Bu haqda Nyu Yorkun Kolumbiya Universitetinin saytı məlumat verir.

Onilliklər boyu robotların hazırlandığı metaldan və ya sərt plastikdən elastik bir məhsul yaratmaq asan deyildi. Robotlaşdırılmış avadanlıq da işləmək üçün kobud və çətin idi – çiplər və sensorlar da ağır və həcmli idi. Əvvəlcə robot Blue Man qrupunun ifaçısına bənzər üzü olan bir büst şəklində yaradıldı.

EVA altı əsas duyğunu ifadə edə bilir: qəzəb, nifrət, qorxu, sevinc, kədər və təəccüb, həmçinin robotun üzündə insan üzündəki 42-dən çox kiçik üz əzələlərinin hərəkətlərini təkrarlayan müəyyən nöqtələri hərəkətə gətirən süni “əzələlər”dən istifadə edərək daha incə duyğular.

EVA yaxınlığındakı insanların mimikalarını əvvəl “oxumaq”, sonra isə əks etdirmək üçün dərin öyrənmə süni intellektindən istifadə edir.

İxtiraçılar EVA-nın bir laboratoriya təcrübəsi olduğunu və yalnız mimika vasitəsilə insanlarla ünsiyyət qurmağın çox çətin olduğunu qeyd edirlər. Ancaq bu cür texnologiyaların nə vaxtsa böyük perspektivləri ola bilər, belə ki insanların üz mimika  və hərəkətlərinə cavab verə bilən robotlar iş yerlərində, xəstəxanalarda, məktəblərdə və evlərdə faydalı ola bilərlər.

PAYLAŞ