AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda müsabiqə qalibləri mükafatlandırıldılar

1739

04 iyun 2019-cu il tarixdə AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən gənc alim və mütəxəssislər – doktorant, dissertant, magistrantlar arasında elan olunan gənclər üçün “akademik Əli Quliyev mükafat”ı və “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsi qaliblərinin mükafatlandırılması tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, son illər Akademiyada gənclərin elmi-ictimai fəallığı nəzərə çarpır.V.Fərzəliyev dedi ki, Aşqarlar Kimyası İnstitutunda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün artıq 5 il keçirilən istər adlı mükafat, istərsə də elmi müsabiqələr artıq ənənəvi hal alıb.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxışında qeyd etdi ki, gənc tədqiqatçılar arasında sağlam elmi rəqabət yaratmaq baxımından müsabiqələr çox uğurlu və beynəlxalq təcrübədir. Şura sədri vurğuladı ki, Akademiya rəhbərliyinin bu siyasətinə Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının gənclər üçün keçirilən müsabiqələrlə dəstək verməsini yüksək qiymətləndirmək olar.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev qeyd etdi ki, müsabiqə qaliblərinin seçilməsi zamanı ekspert dəyərləndirilməsi şəffaf aparılıb.

Sonda qaliblərə diplomlar təqdim olundu.

Qeyd edək ki, hər iki müsabiqə üzrə Ekspertlər Şurası üzvlərinin yekdil qərarı ilə 134 balla 3 saylı laboratoriyanın disertantı Günay İsmayılova müsabiqənin I yerinə, 8 saylı laboratoriyanın dissertantı Könül Qəhrəmanova 112 balla müsabiqənin II yerinə, 107 balla 7 saylı laboratoriyanın dissertantı Ulduz Cəfərova müsabiqənin III yerinə, 87 balla 6 saylı laboratoriyanın dissertantı Lamiyə Kazımzadə müsabiqənin həvəsləndirmə mükafatına, son bir ildəki elmi nailiyyətlərinə görə isə, 9 saylı laboratoriyanın kiçik elmi işçisi, k.üf.d. Nəzər Nəzərov “Gənclər üçün Akademik Əli Quliyev” mükafatına layiq görülmüşlər.

tedbirin – press-relizi-2019

tədbirin gundeliyi-2019

 

 

PAYLAŞ