AMEA AKİ-də Azad Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki yığıncağı keçirildi

1566

26.09.2017 tarixində AMEA AHİ-nin sədr müavini Səyyar Abdullayevin iştirakı ilə   AMEA akad.Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda  Azad Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki yığıncağı keçirildi. AMEA Azad Həmkarlar Yığıncaqda İnstitutun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, professor Fikrət Məmmədov komitənin fəaliyyəti  üzrə hesabatla çıxış etdi.  F.Məmmədov institut əməkdaşlarının sosial problemlərinin həllində onları  dəstəkləmək üçün müəyyən işlərin görüldüyünü, ehtiyacı olan əməkdaşlara maliyyə yardımlarının göstərildiyini bildirdi. O, həmçinin komitənin fəaliyyətindəki mövcud problemlər və onların həlli yollarından danışıb.

Daha sonra Təftiş komissiyasının hesabatı dinlənildi. Ümumilikdə İnstitut  Azad Həmkarlar İttifaqı Komitəsinin  fəaliyyəti qənaətbəxş kimi qiymətləndirildi. Sonra Komitə və Təftiş komissiyasının yeni heyəti seçildi.

İnstitutun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə İsakov Elxan,  Komitənin üzvü kimi ümumi işlər üzrə  direktor müavini Zülfüqarov Elman, Güləliyev İkram, Məmmədova Kəmalə, Quliyev Rafiq seçildilər.

Təftiş komissiyasının  yeni heyətinə Nəbiyev Oruc (sədr) , Osmanova Səbiyə və Kərimli Kəmalə (üzvlər) seçildilər.

Yığıncağın gündəliyində sonuncu məsələ AMEA Azad Həmkarlar təşkilatının qurultayına 2 nümayəndə – institutun ümumi işlər üzrə  direktor müavini Zülfüqarov Elman və İnstitutunun Azad Həmkarlar İttifaqı Komitəsinin sədri İsakov Elxan seçildi.

PAYLAŞ