AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr və müavinlər seçilib

440

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2. bəndinə əsasən Gənclər təşkilatları üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilməlidir. Bunu nəzərə alaraq, AMEA Rəyasət Heyəti Akademiyanın elmi müəssisə və təşkilatlarında yaradılmış Gənc Alim və Mütəxəssislər Şuralarının tərkibinin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanunun 9-1.2 bəndinə uyğun formalaşdırılması zəruri hesab edib: “Bununla əlaqədar AMEA elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına və Gənc Alim və Mütəxəssislər Şurasına tapşırılıq verilib ki, yeni formalaşdırılacaq yerli şuraların tərkibi haqqında məlumatlar AMEA Rəyasət Heyəti aparatının Elmi-Təşkilat İdarəsinə təqdim olunsun”.

Sonra Şuranın sədri k.ü.f.d. Səbiyə Osmanova hesabat məruzəsi ilə çıxış etdi. O rəhbərlik etdiyi Şura tərəfindən 2021-ci ildə görülən işlər, həyata keçirilən tədbirlər haqqında geniş hesabat verdi.

O, sonra İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının hazırki tərkibinə daxil olan gənclərin yaş həddinin 35- i keçdiyini və yeni İdarə Heyətinin seçkisinin keçiriləcəyini bildirdi.

Tədbirin sonunda açıq səsvermə yolu ilə 11 nəfərdən ibarət AKİ Gənc Alim və Mütəxəssislər Şurasının yeni İdarə Heyəti seçildi. İdarə Heyəti üzvlərinin yekdil rəyi ilə İnstitutun kiçik elmi işçisi Günay İsmayılova sədr, doktorantlar – Lalə Əliyeva və Lamiyə Kazımzadə sədr müavinləri seçildi.

PAYLAŞ