Aşqarlar Kimyası İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib

37

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik  Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.

Tədbir iştirakçıları soyqırım qurbanları və Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.

Anım  tədbirində  İnstitutun Həmkarlar Təşkilatının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov geniş təqdimatla çıxış edib, qeyd edib ki: “Mart soyqırımı zamanı Bakıda, Qubada, Qarabağda, Şamaxıda,Kürdəmir, Göyçay, Xaçmaz və Lənkəran kimi rayonlarda  qırğınlar törədilib, öldürülən insanların sayı dəqiq bilinmir.  Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşmüşdur”.

Ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. 2013-cü ildə Prezident İlham Əliyevin qərarı ilə, soyqırımda öldürülənlərin xatirəsinə Quba Soyqırım Memorial Kompleksi yaradılmışdır.

Daha sonra professor Pərvin Məmmədova və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Nüsrət Əliyev 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciə olmasından danışıb, mənfur ermənilərin xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə, tarixdə misli görünməmiş cinayətlər törətdiklərini nəzərə çatdırb, 44 günlük Vətən Müharibəsi və 23 saat 47 dəqiqə davam edən antiterror əməliyyatı zamanı Azərbaycan Ordusunun Şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu, erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığını qeyd ediblər.

 

 

 

PAYLAŞ