Aşqarlar Kimyası İnstitutunda “8 noyabr – Zəfər Günü”nə həsr olan bayram tədbiri keçirilmişdir

292

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “8 noyabr – Zəfər Günü”nə həsr olan bayram tədbiri keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə giriş nitqi ilə çıxış edən bu elmi müəssisəsnin baş direktoru akademik Vaqif Fərzəliyev bildirmişdir ki, əlamətdar tarixlər təqviminə düşən bu tarix müasir Azərbaycanın müstəqillik tarixinə şərəflə və qəzəl hərflərlə yazılan bir gündür: “Çünki 30 illik erməni işğalına son qoyan bu tarix xalqımıza indiyə qədər yaşmadığı sevinci yaşatmış, vətəndaşlarımızı qalib ölkənin qürurlu vətəndaşına çevirmişdir”.

O qeyd etdi ki, 44 günlük Vətən müharibəsində ordunun, xalqın və hakimiyyətin möhkəm bir yumruq şəklində birləşməsi Böyük qələbəmizin qazanılmasında həlledici rol oynadı. Onun sözlərinə görə, Böyük Zəfərin əldə edilməsində Müzəffər Ali Baş Komandan, qüdrətli ordu və xalqın birliyi “Dəmir Yumruq” oldu və düşmənin başını əzərək, əzəli torpaqlarımızı onlardan təmizlədi.

O, tədbir iştirakçılarını bu şanlı bayram münasibətilə təbrik etdi.

Sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova və digər gənc mütəxəssislər – Lalə Əliyeva, Leyla Vahidzadə və Lamiyə Kazımzadə təqdimatlarla çıxış etdilər.

Onlar məruzələrində Vətən müharibəsində ordunun və xalqın göstərdikləri qəhrəmanlıq və fədakarlıqlardan, dövlət və xalqın müharibə şəhidləri və qazilərinə göstərdikləri qayğı və köməkdən bəhs etdilər.

Sonda 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarxı nümayiş etdirildi.

 

 

PAYLAŞ