Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar üçün maarifləndirmə seminarı keçirilib

113

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda gənc alim və tədqqiatçılar (magistr, doktorant və dissertantlar) üçün növbəti maarifləndirmə seminarı keçirilib.

Seminarı giriş sözü ilə institutun elmi katibi,  kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova açıb.

 İnstitutun “ Inhibitor xassəli üzvi birləşmələr ” laboratoriyasının böyük  elmi işçisi Səbiyə Osmanova “Amidlərin sintezi, tədqiqi və tətbiqi” mövzusunda təqdimatla çıxış edib. O, zərif üzvi kimyanın aktual mövzularından olan amidlərin  sintezi, tədqiqi,  tətbiq sahələrindən və institutun tanınmış alimlərindən olan Sabir Məmmədovun bu istiqamətdə apardığı elmi araşdırmalarından müfəssəl məlumat verib və sualları cavablandırıb.

Seminarda institutda təcrübə keçən  tələbələr (Bakı Dövlət Universitetinin IV kurs tələbələri) də iştirak ediblər.

PAYLAŞ