Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar üçün maarifləndirmə seminarı keçirilib

271

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda gənc alim və tədqqiatçılar (magistr, doktorant və dissertantlar) üçün növbəti maarifləndirmə seminarı keçirilib.

İlk öncə seminar iştirakçıları Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Azərbaycan xalqının bu çətin günlərdə türk qardaşlarının yanında olmalarından, bütün institut əməkdaşlarının əlindən gələn köməyi göstərmələrindən danışıb və  bildirib ki, bu yardımlar davam edəcək. Sonra o, qardaş ölkədə həyatını itirmiş insanların ailələrinə başsağlığı verib, yaralıların tezliklə sağalmalarını arzulayıb.

Daha sonra İnstitutun “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının kiçik elmi işçisi Həcər Behbudova “Kraun efirləri, alınması, nomenklaturası və tətbiqi” mövzusunda təqdimatla çıxış etdi. O, zərif üzvi kimyanın aktual mövzularından olan kraun efirlərinin sintezi, tədqiqi və tətbiq sahələri istiqamətində dünya alimləri, o cümlədən Azərbaycan Dövlət Neftə və Sənaye Universiteti və Aşqarlar Kimyası İnstitutunda çalışan alimlərimizin apardıqları elmi tədqiqatlar,  bu istiqamətdə yaxın gələcəkdə hansı elmi araşdırmaların aparılması perspektivləri haqqında müfəssəl məlumat verdi və verilən sualları cavablandırdı.

PAYLAŞ