AMEA Aşqarlar Kimyası İnstitutunda tələbələrinin istehsalat təcrübəsi başa çatıb

224

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya” və “Kimya mühəndisliyi” ixtisasları üzrə təhsil alan IV kurs bakalavr tələbələrinin (4 qrup üzrə  ümumilikdə 150 nəfər) 16.02-2022-25.05.2022-ci il tarixlərində AMEA Aşqarlar Kimyası İnstitutunun müvafiq laboratoriyalarda istehsalat təcrübəsi başa çatıb.  Bununla əlaqədar İnstitutda keçirilən yekun tədbirdə qeyd edilib ki, “Covid-19” pandemiyası ilə əlaqədar ölkəmizdə, o cümlədən İnstitutda tətbiq olunan karantin rejiminin tələblərini gözləməklə tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olmuş, təcrübi tədqiqatları yaxından izləmişlər. Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı təşkil olunan elmi seminarlarda iştirak etmişlər.

Təcrübə müddətində nümayiş etdirdiyi bilik səviyyəsi və nümunəvi davranışı ilə fərqlənən 3 tələbə sertifikatla təltif olunmuşdur.

SHARE