Yeni ixtira xəstələrin dərdinə dərman ola biləcək. Belə ki, Trend-in məlumatına görə, Edinburq Universitetinin professorları insanın daxilini göstərən kamera kəşf ediblər. Alimlər bu cihazın xəstələrin daxili orqanlarını yoxlamaq üçün əlverişli olduğunu bildiriblər. Vücudun müxtəlif hissələrinə ötürülə bilən texnologiya fərqli şəkildə istifadə edilir. Bu kameranın gələcəkdə həkimlər üçün mühüm avadanlığa çevriləcəyi bildirilib. Trend https://az.trend.az/azerbaijan/interestingly/2796761.html
Hindistanın Kerala Kənd Təsərrüfatı Universitetinin alimləri insan saçlarından ətraf mühit üçün zərərsiz maye gübrə hazırlayıblar. Trend-in məlumatına görə, ilkin çöl tədqiqatları zamanı müsbət nəticələr əldə edilib. Xammal qismində yerli bərbərxanalardan əldə edilən saçlar yuyulduqdan sonra qızdırılaraq tünd substansiya vəziyyətinə çatdırılıb. Aparılan analizlər insan saçlarının azot, fosfor, kalium, kalsium, maqnezium və kükürdlə zəngin olduğunu göstərib. Tədqiqatlar zamanı saçlardan hazırlanmış mayenin sintetik gübrələrlə...
ABŞ alimlərinin apardıqları tədqiqatlardan bəlli olub ki, ekranın mavi işığı korluğa səbəb ola bilər. AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, smartfonların, planşetlərin, televizorların və şəxsi kompüterlərin monitorları gözə mənfi təsir göstərir. Tədqiqatçılar monitorun mavi işığının insan görməsinə zərərli olduğunu bildiriblər. Şüalanma ilk növbədə göz retinasına mənfi təsir göstərir. Gözdə yaranan problemlər bu cihazlardan nə qədər çox istifadə edilməsindən asılıdır....
Adlarda nələrin gizləndiyindən xəbəriniz varmı? Alimlər deyirlər ki, çox vaxt insanın xarakteri, hətta taleyi də adlardan asılı olur... Ad -zəifliyimizin və gücümüzün gizli xəzinəsidir... Adların hecaları - hesab olunur ki, adda nə qədər heca varsa, insanın həyat proqramı da bir o qədər başlıca hissələrdən ibarətdir. Bir hecalı ad - insanın bütün həyatı yeganə bir hədəfə aparır. Təəssüf ki, bizdə belə adlar yoxdu. Iki hecalı...
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev  30 may 01 iyun  2017-ci il tarixlərində Belarusun Minsk şəhərində ezamiyyətdə olmuş,Belarus Milli Elmlər Akademiyasının Yeni Materialların Kimyası İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Alternativ xammal və yanacaq mənbələri” (АИСТ-2017) adlı VI beynəlxalq elmi-texniki konfransda  iştirak etmişdir. Akademik Vaqif Fərzəliyev konfransda “İşlənmiş sürtkü yağlarının regenerasiyası” adlı məruzə ilə çıxış etmişdir. O, həmçinin mayın  31-də plenar və şifahi...
Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyası akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə gənc tədqiqatçılar arasında 2017-ci il üzrə “Ən yaxşı məruzə” müsabiqəsi keçirildi. Müsabiqənin şərtlərinə görə, bu mükafata institutda çalışan və yüksək elmi nəticələr əldə etmiş  gənc tədqiqatçılar layiq görülə bilərdi. Müsabiqədə iştirak edən bütün namizədlərin hazırladıqları məruzələr İnstitut Elmi Şurasında dinlənildi. Aparılmış müzakirələrdən...
Mayın 19-da Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə gənc tədqiqatçılar arasında 2017-ci il üzrə “Akademik Əli Quliyev adına mükafat” müsabiqəsi keçirildi. Müsabiqənin şərtlərinə görə, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən bir nəfər gənc alimin layiq görülməsi nəzərdə tutulmuşdu. Namizədlərin seçimi zamanı onların "Tomson Reuters" Agentliyinin...
Məlum olduğu kimi, artıq dünyanın ən çox gəlir əldə edən şirkətləri texnologiya şirkətləridir. Beləliklə, işçiləri ən çox qazanan firmalar olaraq da elə bu İT şirkətlər qarşımıza çıxır. Bu istiqamətdə New York Times ilə birlikdə bir araşdırma aparan Equilar şirkəti  gəliri 1 milyard dollardan çox, ictimaiyyətə açıq şirkətlərin CEO-larının (icraçı direktorların) daxil olduğu bir siyahı hazırlayıb. Xeberler.az siyahıya istinadən texnologiya sektorunun ən...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərində bəzi problemlərin olmasına münasibət bildirib. Qurumdan Xeberler.az -a daxil olan açıqlamada bildirilir: "Ölkəmizdə uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində...
Hindistanda 18 yaşlı tələbə Rifat Şaaruk NASA-nın təşkilatçılığı ilə keçirilən “Cubes İn Space” müsabiqəsinin qalibi olub. Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, o, ən yüngül və miniatür kosmik aparatı təqdim edib. Onun ixtira etdiyi peyk 12 dəqiqəsi mikroqravitasiya şəraitində olmaqla 4 saatlıq suborbital uçuşu həyata keçirəcək. Peykin işə salınması 21 iyun tarixində NASA-nın ABŞ-ın Virciniya ştatında yerləşən start meydançasından nəzərdə tutulub. Hindistanın...