AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş növbəti iclasında AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatına layiq görülmüş alimin adı açıqlanıb. Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev müxtəlif funksiyalı xassələrə malik üzvi birləşmələrin, o cümlədən yüksəktəsirli aşqarların məqsədyönlü sintezi və onlar əsasında müasir tələblərə cavab verən sürtkü materiallarının yaradılması sahəsində əldə etdiyi mühüm fundamental və tətbiqi nəticələrə görə AMEA-nın akademik Yusif...
AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Polimer aşqarlar laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elxan İsakov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən "İLİN ALİMİ" ali media mükafatı ilə təltif edilib. Alim bu mükafata keçirilmiş rəy sorğusuna görə, ziyalı olaraq ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti və vətənə, xalqa xidmətlərinə görə layiq görülüb. Elxan Isakovun...
Martın 14-də AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramına dair təqdimat keçirilib. Tədbirdə DAAD-ın Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo çıxış edib. Təqdimatçı bildirib ki, DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatlardandır. Qeyd edib ki, 1925-ci ildən fəaliyyət göstərən təşkilatın əsas vəzifəsi tələbə, doktorant və elm adamlarının mübadiləsi...
ABŞ alimləri insan saçından min dəfə nazik karbon nanoborucuq yaradıblar. Texnologiya bəşəriyyət üçün böyük addım hesab olunur. AZƏRTAC "Vistanews"a istinadla xəbər verir ki, çox nazik olan nanoborucuqlar misdən təxminən 50 dəfə möhkəmdir. Onlar elektrikkeçirmə qabiliyyətinə malikdir və müxtəlif mexanizmlərdə istifadə oluna bilər. Ümumilikdə, nanoborucuqlar elastiklik səviyyəsinə görə müasir analoqlarını xeyli üstələyir. Bununla əlaqədar olaraq yeni yaradılan borucuqdan aviasiya, maşınqayırma, kosmonavtika və...
İndi demək olar ki, bütün evlərdə mobil telefon, kompüter və s. var. Hər kəs bu və ya digər dərəcədə elektromaqnit və radiasion şüalanmaya məruz qalır. Kiçik dozalarda şüalanma sağlamlıq üçün o qədər də təhlükəli deyil, lakin alimlər uzun müddət davam edən hətta çox kiçik dozalı şüalanmaların orqanizmə xüsusilə ziyanlı təsir göstərərək hüceyrələrdə genetik dəyişikliklərə, bədxassəli törəmələrin inkişafına, maddələr mübadiləsi...
Heyranedici orqan olan insan gözü obyekt üzərinə dərhal yönəlməklə aydın və dəqiq görməni təmin edir. Əksər insanlarda bu qabiliyyətin tədricən itməsi nəticəsində gözün korreksiyası üçün eynək və ya kontakt linzaları kimi optik cihazlardan istifadə tələb olunur. Adətən belə cihazlar yalnız bir problemi - yaxındangörməni (yaxında yerləşən əşyaları yaxşı, uzaqda olanları pis görmək) və ya uzaqdangörməni (həm uzağı, həm də...
AMEA akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu ilə Ufa Dövlət Neft-Texniki Universiteti (Ufa şəh., Rusiya Federasiyası) arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilə çərçivəsində tədqiqat üçün reagent, aşqar nümunələrinin qarşılıqlı mübadiləsi, ən effektli nümunənin aşkar edilməsi və sənayedə tətbiqi; ən perspektiv işləmələrin kommersiyalaşdırılması; yağlar, yanacaqlar, YSM-lər, xüsusi təyinatlı kompozisiyaların reseptinin hazırlanması istiqamətlərində birgə işlərin aparılması, beynəlxalq layihələrdə, müsabiqələrdə tərəfdaşlıq, işlərin nəticələrinin birgə...
AMEA-nın Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutununda beynəlxalq laboratoriya yaradılacaq. Bu barədə “Report”a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, institutun direktoru, akademik Vaqif Fərzəliyevin tapşırığı əsasında İnstitutun aparıcı elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev martın 1-dən Türkiyədə elmi ezamiyyətdədir. Beş günlük səfərdə məqsəd AMEA Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Orta Doğu Texnik...
Tezliklə peyvəndlər və başqa ağrılı prosedurlardan imtina ediləcək. Artıq həb ölçüsündə "MucoJet" qurğusunun köməyi ilə orqanizmə lazımi preparatlar yeridiləcək. Bu qurğu Kaliforniya Universitetində hazırlanıb. İstehsalçıların məlumatına görə, miniatür kapsul tamamilə ağrısız prosesdir. Milli.Az ICTnews-a istinadən bildirir ki, "MucoJet" sonluğunda diametri 7 mm təşkil edən kürəcik qurulmuş 15 mm-lik silindr formasındadır. Pasiyent nazik iki bölmə yaradan membranı qırmaq üçün kürəciyi ehtiyatla...
"Firefly" şirkəti "Kickstarter" platformasında divar üçün ilk güzgü planşet yerləşdirib. Güzgü planşet istifadəçinin səsi, üz və jestlərini tanıyır, bir çox proqramları dəstəkləyir və xəbərdarlıq göndərir. "Firefly" qurğusu "iOS" və ya "Android" sistemi ilə işləyən planşetin bərkidildiyi aşağı hissə və 65x40 sm ölçüsündə ikitərəfli güzgü şüşədən ibarətdir. Xüsusi emal olunmuş şüşə həmişə kristal kimi təmizdir. Güzgü toxunuşlara reaksiya vermədiyindən "Firefly" qurğusunda...