Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılara nüfuzlu xarici jurnallarda elmi məqalə dərc etməyin qaydaları öyrədilir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər üçün “Nüfuzlu jurnallarda məqalələrin dərc olunması qaydaları” mövzusunda növbəti maarifləndirici seminar keçirilib.
Təqdimatla çıxış edən İnstitutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev elektron sistem üzərindən məqalənin Web of Science və Scopus bazalarında axivləşən Elsevier, Springer, Wiley və Taylor&Francis nəşriyyatlarına aid olan jurnallara təqdim edilməsi, nəşr...
Fizika üzrə Nobel Mükafatı bu dəfə maddədəki elektronların dinamikasının öyrənilməsi üsullarının yaradılmasına görə verilib.
Modern.az xəbər verir ki, laureatlar Pyer Aqostini, Ferens Kraus və Ann L'Houlye olub.
Bu gün İsveçdə Nobel həftəsi başlayıb. İlk olaraq İsveç Karolinsk İnstitutu 2023-cü il üzrə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Karolinska İnstitutundakı Nobel Assambleyası 2023-cü il üçün Fiziologiya və Tibb üzrə Nobel mükafatını amerikalı alimlər Katalin Kariko və Drew Weissmana “COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin işlənib hazırlanmasına imkan verən nükleozid bazası modifikasiyası ilə bağlı kəşflərinə görə”...
2023-cü il üzrə kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb.
Nobel Komitəsi oktyabrın 4-də Massaçusets Texnologiya İnstitutundan (ABŞ) Munqi Bavendinin, Kolumbiya Universitetindən (ABŞ) Luis Bryusun və rusiyalı alim Aleksey Yekimovun 2023-cü il üzrə Kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib. Onlar bu mükafata “kvant nöqtələrinin kəşfi və sintezinə” görə layiq görülüblər.
nobelprize.org
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunun “Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiyası çap olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin “Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiyası “Elm” nəşriyatında nəfis tərtibatda işıq üzü görüb.
Akademik Vaqif Fərzəliyevin redaktorluğu ilə nəşr olunan kitabda fermentlər, onların etimologiyası, nomenklatura və terminologiyası, təsnifatı, quruluşu və təsir mexanizmləri, kofaktorlar və kofermentlər, izofermentlər,...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunun “Sürtkü kompozisiyaları” laboratoriyasının aparıcı elmi işçisi doktorluq dissertasiya işini müdafiə etmişdir
29 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Sürtkü kompozisiyaları” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Ramazanova Yulduz Böyük Ağa qızının “2314.01 – Neft kimyası” ixtisasında elmlər doktoru elmi dərəcəsi almaq üçün tamamladığı dissertasiya işinin müdafiəsi keçirilib.
Texnika elmləri doktoru elmi dərəcəsinin iddiaçısı Y.Ramazanova “Müxtəlif təyinatlı dizel mühərrikləri...
27 sentyabr 2023-cü il tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) nəzdində yaradılan AZSTAND/TK 34 “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” Standartlaşdırma üzrə Texniki Komitənin videoformatda iclası keçirilib. ZOOM platforması üzərindən təşkil olunan tədbirdə ilk növbədə 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatında...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunun alimləri bəzi patoloji proseslərə qarşı yeni nəsil inhibitorları yaradıblar
Bakı, 26 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri Türkiyənin Atatürk və Bartin Universitetləri ilə birlikdə canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorlarını yaradıblar. Bu maddələr damarların və kapilyarların genişlənməsi və tıxanmasının qarşısını almaq qabiliyyətinə malik potensial dərman təsirinə malikdir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, sintez edilmiş birləşmələrin fermentlər və onların izoformaları...
26 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü”nə həsr olunan “Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!” mövzusunda tədbir keçirilib.
Vətən Müharibəsində qəhrəmancasına həlak olan...
21-22 sentyabr 2023-cü il tarixində Azərbaycan Texnologiya Universiteti (ATU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfransı keçirilmişdir.
Konfransın plenar iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Sürtkü kompozisiyaları” laboratoriyasının müdiri tex.e.d, professor H.Ə.Cavadova “M-14 B2 tipli biodavamlı sürtkü yağının yağlayıcı və yuyuculuq xassələrinin ...










