Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda “Sürtkü yağlarının triboloji xassələri və onların təyini metodları” mövzusunda seminar keçirilib
7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Sürtkü yağlarının triboloji xassələri və onların təyini metodları” mövzusunda maarifləndirmə seminarı keçirilib.
Giriş nitqi ilə çıxış edən İnstitutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova "8 noyabr – Zəfər Günü" münasibətilə institut əməkdaşlarını təbrik edib və sözü “Triboloji xassələrə malik üzvi birləşmələr ”...
Xəbərlər
“Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlər keçiriləcək
Bakı, 6 noyabr, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və İnformasiya Texnologiyaları İnstitutunun ev sahibliyi ilə noyabrın 15-16-da ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının nümayəndələri (analitiklər, kitabxanaçılar, elmmetriya üzrə əməkdaşlar və s.) üçün “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə təlimlər keçiriləcək.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Clarivate...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda 8 noyabr – Zəfər Gününə həsr olunan “Qalib ölkənin qələbə sevinci” adlı tədbir keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “8 noyabr – Zəfər Günü”nə həsr olan bayram tədbiri keçirilib.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə giriş nitqi ilə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki: “8 noyabr 2020-ci il Azərbaycanın tarixinə şanlı Zəfər Günü olaraq keçən, Qarabağa...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda kimya üzrə fəlsəfə doktorluğu dissertasiya işinin ilkin müzakirəsi keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Elmi şuranın geniş tərkibdə iclası keçirilib.
Gündəlikdə olan ilk məsələ haqqında məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, bu il AKİ-yə 1 doktorant və 1 dissertant qəbul olunub, onlara müştərək elmi rəhbərlər təyin edilib və dissertasiya mövzuları təsdiq olunub. Müzakirə zamanı doktoran...
24 oktyabr 2023-cü il tarixində “EXCELSİOR” otelində Qazaxısatan Respublikasının ТОО «DistriTech» kompanyasının təşkilatçılığı ilə “Müasir laboratoriya avadanlığı” mövzusunda seminar keçirilmişdir.
Laboratoriya avadanlıqları müasir elmi tədqiqatlar üçün kifayət qədər önəmli təchizat hesab olunur. Bu cihazlar istənilən gündəlik elmi işləri yerinə yetirməyə imkan verir.
Müasir kimya laboratoriya avadanlıqları, laboratoriya cihazları haqqında keçirilən bu seminarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev...
Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev ilk öncə İnstitutun “Yanacaq kompozisiyaları” laboratoriyasının baş elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nüsrət Əliyevi və “Korroziya inhibitorları” laboratoriyasının baş elmi işçisi k.e.d., professor Fikrət Məmmədovu 85 illik yubileyləri münasibətilə AMEA Azad Həmkarlar Təşkilatının Fəxri...
AR Elm və Təhsil Nazirliyi akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda vakant olan laboratoriya müdiri vəzifəsinin tutulması üçün müsabiqə (Müsabiqə elanı İnstitutunun rəsmi internet saytında 18 sentyabr 2023-ci il və “Elm” qəzetinin 15 sentyabr 2023-ci il № 29 (1383) sayında yerləşdirilmişdir) ilə əlaqədar yaradılmış Müsabiqə Komissiyasının qərarına (23 oktyabr 2023-cü il, prot. № 10) əsasən aşağıdakı əməkdaş müsabiqəyə buraxılmışdır:
“Patent...
Alimlər məktəbə gedirlər
Müasir çağırışlar dövrü məktəb sistemləri qarşısında mühüm vəzifələr qoyur. Əmək bazarının günü-gündən kəskinləşən şərtləri məktəbdən müasir bilik və bacarıqlara, innovativ düşüncəyə sahib gələcək nəslin formalaşdırılmasını tələb edir. Mühüm vəzifələrdən biri də ümumi təhsildə şagirdlərin elm və texnoloji biliklərə əlçatanlığının təmin olunması, elmi təfəkkür və tədqiqatçılıq bacarıqlarının formalaşdırılmasına nail olmaqdır. Bu baxımdan məktəblərimizdə şagirdlərə elmi biliklərin aşılanması, gənc...
Xəbərlər
SOCAR-ın Elm Fondu elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqəsi elan edir
Azərbaycan Respublikasında elmin inkişafına dövlətin xüsusi qayğısını rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm Fondu” neft-qaz, neft-kimya və onunla əlaqədar digər sahələr üzrə Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra AMEA) və ya AMEA ilə əməkdaşlıq edən elmi-tədqiqat müəssisələrində çalışan alimlərin və müvəqqəti yaradılmış yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə 2023-cü il üçün müsabiqə elan edir:
Təqdim olunan layihələr aşağıdakı...
Oktyabrın 9-da İsveç Kral Elmlər Akademiyası Alfred Nobelin xatirəsinə iqtisadi elmlər sahəsində “Sveriges Riksbank” adına mükafatın verilməsi haqqında qərar qəbul edib. Beləliklə, 2023-cü il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatına “əmək bazarında qadınların rolu barədə anlayışımızı yaxşılaşdırdığına görə” Harvard Universitertindən Klaudiya Qoldin layiq görülüb.
Xatırladaq ki, mükafat 1968-ci ildə İsveçin Mərkəzi Bankının (Sveriges Riksbank) 300-cü ildönümü münasibətilə bankın “əbədi” fondu tərəfindən...










