05 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda doktorant və dissertantlar üçün maarifləndirmə seminarı keçirilib.
Giriş nitqi ilə seminarın gündəliyi haqqında məlumat verən İnstitutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova bildirdi ki, gəncləri laboratoriyalarda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən belə seminarların böyük əhəmiyyəti var.
Sonra “Mühafizəedici üzvi birləşmələr” laboratoriyasının...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva və gənc alim kimya üzrə fəlsəfə doktoru Mənsurə Hüseynova M.Rahim adına 7 saylı tam orta məktəbində Heydər Əliyev ilinə həsr edilmiş Səbayıl rayonu üzrə keçirilən məktəblərarası “Kiçik Akademiya” konfransında münsiflər heyətində təmsil olunublar.
Konfransda ilk öncə Azərbaycan Respublikasının himni...
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) II kurs “SABAH” qrupu tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.
İlk öncə tələbələr İnstitutun “Heydər Əliyev Guşəsi” qarşısında Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və xatirə şəkli çəkdiriblər.
İnstitut Azad Həmkarlar Təşkilatının sədri k.ü.f.d., dosent Elxan İsakov Aşqarlar Kimyası İnstitutunun yaranma...
30.11.2023-cü il tarixində Mülki Müdafiə tədbirləri planına əsasən Nərimanov Rayonu İcra Hakimiyyəti tərəfindən“Yeni BEMZ” ASC-nin ərazisində Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə Mülki Müdafiə məşqi təşkil olunmuşdu.
Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Radiasiya və kimya kəşfiyyat manqası bu tədbirdə aktiv olaraq tam tərkibdə iştirak etmişdir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) PHŞ-nin Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə tələbələri il boyu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçəcəklər. Bununla əlaqədar 28 noyabr 2023-cü il tarixdə İnstitutun akt zalında təcrübəçi tələblərlə görüş keçirilib.
Görüşdə Aşqarlar Kimyası İnstitutunun Azad Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda kimya üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Elmi şuranın geniş tərkibdə iclası keçirilib. Gündəlikdə olan məsələ İnstitutun “Triboloji xassələrə malik üzvi birləşmələr” laboratoriyasının elmi işçisi, sabiq dissertant Günay Gəray qızı Mustafayevanın “Tiokarbon, tiosianat turşuları və qliserin törəmələrinin əsasında yeni üzvi maddələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu vakant olan aşağıdakı vəzifənin tutulması üçün
müsabiqə elan edir:
“Sürtkü kompozisiyaları” laboratoriyası üzrə:
aparıcı elmi işçi – 1 yer.
Müsabiqədə elmlər və fəlsəfə doktoru elmi dərəcəsi və yuxarıda göstərilən elm sahəsində iş təcrübəsi olan elmi işçilər iştirak edə bilərlər.
Sənədlər müsabiqənin müvafiq tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən 1 ay...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən laboratoriya və şöbələrin 2023-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclasları keçirilib.
İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bu il, rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyəti üçün də müəyyən nailiyyətlərlə yadda qalan bir il...
Noyabrın 17-də Təhsil İnstitutu (ARTİ) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVI Respublika Elmi Konfransı (NASCO XXVI) keçirilib.
Açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Eyni zamanda nazir sözügedən konfransın artıq 26 ildir keçirildiyini...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutu Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent Elxan İsakov Fəxri Fərmanla təltif edilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Həmkarlar Təşkilatının sədri, “Müxtəlif funksiyalı polimer birləşmələr” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent İsakov Elxan Urşan oğlu səmərəli elmi fəaliyyətinə, ictimai işlərdə xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmana layiq görülmüşdür.
E.İsakovun elmi fəaliyyətinin əsas istiqamətini...










