Yeni Azərbyacan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Heydər Əliyev İli” ilə əlaqədar olaraq “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbacan mənim həyatımdır!” adlı yekun tədbir keçirilib. Tədbirdə  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Heydər Əliyev ili”, Partiyanın ictimai-siyasi həyatında səmərli fəaliyyətlə əlaqədar olaraq fəxri fərmanlar təqdim olunub. Azərbaycan Respublikası Elm...
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 08 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev kimya elm sahəsi üzrə 2306.01- Üzvi kimya ixtisasından professor elmi adına layiq görülmüşdür. Ona diplom AAK Rəyasət Heyətinin 22 dekabr 2023-cü il tarixli iclasında Komissiyanın sədri...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun 2023-cü ildəki elmi, elmi-təşkilati fəaliyyəti məhsuldar olub. Bu haqda məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin sözlərinə görə təmsil etdiyi elmi müəssisənin əməkdaşları tərəfindən 2023-cü ildə bir üstün istiqamət və bir problemi əhatə edən 12 mövzu və 35 mərhələ üzrə Zərif üzvi sintezin və...
Bu gün  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI Qurultayı keçirildi. Bakı Konqres Mərkəzində keçirilən tədbirdə üç minə yaxın nümayəndə iştirak edib. Qurultay iştirakçısı olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Azad Həmkarlar Təşkilatının sədri, k.ü.f.d, dosent Elxan İsakovun verdiyi məlumata əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə...
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, BDU və ADNSU-nun əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, KEB-in sədri, akademik Dilqəm Tağıyev iclasın Kimya Elmləri...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu “Heydər Əliyev İli” çərçivəsində orta məktəblərin şagirdləri üçün “Açıq qapı” elan edib. Bu məqsədlə qəbul edilən Tədbirlər Planına uyğun olaraq 18 dekabr 2023-cü il tarixində Bakı şəhəri 264 saylı orta məktəb-liseyin 9-cu sinif şagirdləri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər. Məktəblilərlə görüşdə qonaqları salamlayan İnstitutun icraçı direktoru kimya...
14 dekabr 2023-cü il tarixində  Bakı Dövlət Universitetində Neft Kimyası və kimya texnologiyası kafedrasının 80 illik yubileyinə həsr olunmuş doktorant, magistrant və gənc tədqiqatçıların "Kimya və kimya texnologiyasında müasir yanaşmalar" mövzusunda Respublika elmi konfransı keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev konfransda çıxış edib və konfrans iştirakçılarına uğurlar...
14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2314.01-“Neft kimyası” ixtisas fənnindən kimya üzrə fəlsəfə doktorluğu hazırlığı üzrə imtahan keçirilib. İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə yaradılmış doktorluq imtahan komissiyası üzvlərinin iştirakı ilə baş tutan imtahanda bu elmi müəssisənin sabiq doktorantı Kazımzadə Şəfa Kazım qızının ixtisas bilikləri yazılı...
Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatıçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tarixi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə giriş...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d. Əfsun Sucayevin Bakı Dövlət Universitetinin “Analitik kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Famil Çırağovla birgə elmi rəhbərlik etdiyi doktorant Tahir Cavadzadənin apardığı elmi tədqiqatların mühüm nəticələri “Web of Science” bazasında arxivləşdirilən “Springer Nature” nəşriyyatına aid  impakt faktorlu “Journal of Analytical Chemistry” jurnalında...