Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyevin sədrliyi ilə keçən iclasda “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamının icrasının təmin edilməsi...
17-18 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetində Kimya fakültəsinin və M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı IV Respublika elmi konfransı keçirilib.
Aşqarlar Kimyası Institutunun “Yanacaq kompozisiyaları” laboratoriyasının elmi işçisi Cəfərova Ulduz Şəmsəddin qızı konfransda “Dietoksietil...
AR ETN Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar "Elsevier” şirkətinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində tədqiqatçılar üçün təşkil etdiyi vebinara qoşulublar.
Təlimçi “Elsevier”in rəsmi nümayəndəsi Saide Sak “Elmi yazıda və akademik nəşrdə Generativ Süni İntellekt (GenAI)” mövzusu üzrə məruzə edib.
Məruzə elmi yazı və nəşr kontekstində GenAI-ın potensial faydaları və əsas problemləri, “Elsevier”in müəlliflər, redaktorlar və rəyçilər...
Aşqarlar Kimyası İnstitutu, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin bir qrup aparıcı alimləri Türkiyədən olan həmkarları ilə birlikdə apardıqları müştərək beynəlxalq səviyyəli tədqiqatların nəticələri dünyaca məşhur “Wiley” nəşriyyatının jurnalı olan “Chemistry and Biodiversity”də dərc olunub(https://onlinelibrary.wiley.com/doi/epdf/ 10.1002/cbdv.202403048).
Məlumata görə, Zərif üzvi sintezin imkanlarından istifadə etməklə sintez olunmuş yeni birləşmələrin bioloji hədəflərlə qarşılıqlı əlaqəsini qiymətləndirmək üçün yetişdirilmiş monokristalın rentgen struktur və...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Neftdən sürtkü yağlarının alınma texnologiyası” mövzusunda seminar keçirilib.
Giriş nitqi ilə seminarın gündəliyi haqqında məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, gənc alim və mütəxəssislərin bu mövzülarda maarifləndirilməsi onların elmə olan marağının artırılmasında həlledici amildir.
Sonra İnstitutun “Zərif üzvi sintez” laboratoriyasının elmi...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunun sabiq dissertantı kimya üzrə fəlsəfə doktorluğu dissertasiya işini müdafiə edib
14 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, “Triboloji xassələrə malik üzvi birləşmələr” laboratoriyasının elmi işçisi kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçısı Mustafayeva Günay Gəray qızının “Tiokarbon, tiosianat turşuları və qliserin...
AR Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı alimləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53)) qalibi olublar. İnstitutdan verilən məlumata görə, Belarus Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə birlikdə 2025-2027-ci illər ərzində «Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metaloenzim inhibitorlarının yaradılması və in...
Xəbərlər
Kimyaçı alimlərin multidissiplinar tədqiqatlarının nəticələri nüfuzlu xarici jurnalda dərc olunub
Bir qrup kimyaçi alimlər – akademik Vaqif Fərzəliyev, professor Əfsun Sucayev, professor Afət Hüseynova və başqalarının Türkiyədən olan aparıcı alimlərlə birlikdə beynəlxalq səviyyədə apardıqları tədqiqatların nəticələri dünyaca məşhur “Springer Nature” nəşriyyatının jurnalı olan “Cell Biochemistry and Biophysics”də dərc olunub (https://link.springer.com/article/10.1007/s12013-025-01740-3).
Məlumata görə, bu multidissiplinar işdə bir sıra yeni oksiran və tiiranların müxtəlif metabolik fermentlərə, o cümlədən asetilxolinesteraza və karbon anhidraz...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu bir qrup
aparıcı alimlərinin tədqiqatlarının nəticələri Web of Science bazasında indekslənən Iranian Journal of Chemisrty and Chemical Engineering (IF 1.9) jurnalında nəşr olunmuşdur (Vagif Farzaliyev, Jeyhun Hamidova, Elkhan Icakov, Elnara Hasanova, Nargiz Huseynova): Synthesis and Study of Modified Succinimide Polymer Additives for Motor Oils. Journal of Chemisrty and Chemical Engineering, 2025,...
Xəbərlər
Kimyaçı alim “Chemistry and Biodiversity” nəşriyyatının beynəlxalq sertifikatına layiq görülüb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., professor Əfsun Sucayev dünyaca məşhur “Wiley” nəşriyyatının növbəti aparıcı jurnalı olan “Chemistry and Biodiversity” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.
İnstitutdan verilən məlumata görə, o, sertifikatla jurnalın baş redaktoru və redaksiya heyəti tərəfindən çox yüksək qiymətləndirilən 2024-cü ildəki fəaliyyətinə görə təltif olunub.
Chemistry & Biomüxtəliflik təbiəti molekulyar və makromolekulyar...










