13 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda doktorant və dissertantlar  üçün maarifləndirmə seminarı keçirilib. Giriş nitqi ilə seminarın gündəliyi haqqında məlumat verən İnstitutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova bildirdi ki, gəncləri laboratoriyalarda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən belə seminarların böyük əhəmiyyəti var. Sonra “Mühafizəedici üzvi birləşmələr” laboratoriyasının...
Elm və təhsil naziri Emin Əmrullayev müxtəlif elm sahələrini təmsil edən, yüksək elmi nailiyyətlərə malik alimlərlə görüşüb. Görüşdə nazir elm sahəsindəki müasir çağırışlardan, mövcud problemlərin həlli üçün vacib addımlardan və alimlərin bu prosesdəki rolundan bəhs edib. Daha sonra alimlər elmi tədqiqatlar zamanı üzləşdikləri çətinlikləri və elmin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə elmi inkişafın qarşısını alan maneələr və tədqiqatların praktik tətbiqi...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yanğından mühafizə tədbirləri” ilə haqqında maarifləndirici dərs keçilib. İnstitut Mülki Müdafiə Qərargah rəisi Hüseyn Dünyamalıyev və Təhlükəsizlik texnikası üzrə mühəndis Rafiq Quliyev institutda yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları, o cümlədən təxliyə barədə ətraflı məlumat verib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını...
6 mart tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib. İclasda 30 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş və Şuranın məsul katibi Ələkbər Əliyev tərəfindən sistemləşdirilmiş 300-dən çox mövzuya dair Şura üzvlərinin hazırladıqları rəylər dinlənilib və müzakirə edilib. Sonda açıq səsvermə yolu ilə mövzuların...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., professor Əfsun Sucayev dünyaca məşhur “Wiley” nəşriyyatının aparıcı jurnalı olan “Applied Organometallic Chemistry” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb. İnstitutdan verilən məlumata görə, o, sertifikatla jurnalın baş redaktoru və redaksiya heyəti tərəfindən çox yüksək qiymətləndirilən 2024-cü ildəki fəaliyyətinə görə təltif olunub. “Applied Organometallic Chemistry” jurnalı metal-üzvi kimyanın bütün sahələrində...
“2024-cü ildə alimlərimiz tərəfindən nüfuzlu elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə artıb”. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşım edib. Paylaşımda qeyd edilib ki, məqalələrin 61 faizi Q1 və Q2 kvartilli jurnallarda dərc olunub, üçdə ikisi isə beynəlxalq əməkdaşlıq çərçivəsində yazılıb: “Bu rekord nəticə gələcək illərdə həm...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun  baş direktoru akademik Vaqif Fərzəliyev dünyaca məşhur “Elsevier” nəşriyyatının aparıcı jurnalı olan “Archives of Biochemistry and Biophysics” tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb. İnstitutdan verilən məlumata görə, o, 2025-ci ildə jurnaldan göndərilən əlyazmaya rəy verməklə sözügüdən jurnalın beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “1Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə mülki maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində işçilərin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub. Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda...
26 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda YAP Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının təşkilatçılığı ilə “Xocalı soyqırımı”nın 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Xocalı soyqırımı qurbanları və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Giriş nitqi ilə institutun icraçı direktoru k.e.d., prof. Əfsun Sucayev çıxış...
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında tədqiqat (istehsalat) təcrübəsi keçəcəklər. Bu münasibətlə təşkil olunan görüşdə Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., prof. Əfsun Sucayev çıxış edərək tələbələri və müəllim heyətini salamlayıb, Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutu ilə Bakı Dövlət Universitetinin sıx əməkdaşlıq...