Smartfonları istilikdən əldə edilən enerji ilə dolduran unikal termos təqdim edilib

885

Çin Kosmik Texnologiyalar Akademiyasının tədqiqatçıları smartfon və digər qurğuları enerji ilə doldurmaq üçün son dərəcə qeyri-adi xarici akkumulyator hazırlayıblar. Cihaz mayenin qızması sayəsində enerji hasil edə bilən xüsusi bir termosdur.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, qeyri-adi cihazın yaradıcılarının sözlərinə görə, yenilikdə aerokosmik sahədə tətbiq edilən yüksək effektivlikli termoelektrik dəyişdirici texnologiyasından istifadə olunur. Qaynar maye ilə doldurulan cihaz istiliyi elektrik enerjisinə çevirir və digər qurğuları enerji ilə doldurmağa imkan verir. Enerji qapaqda toplanır və smartfon kabel vasitəsilə ora qoşulur.

Təəssüf ki, aparatın texniki xüsusiyyətləri açıqlanmır. Yalnız o məlumdur ki, termos suyu 65 selsi dərəcədən yuxarı temperaturda 6 saat ərzində isti saxlaya və 9 selsi dərəcədən aşağı temperaturda 6 saat soyuq saxlaya bilir.

Emil Hüseynov

PAYLAŞ