Aşqarlar Kimyası İnstitutunda “Heydər Əliyev İli”nə həsr olunan müsabiqələr keçiriləcək

120

“Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu haqda məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin sözlərinə görə, ilk öncə bu ilin may ayında “Heydər Əliyevin neft emalı və neft sənayesinin inkişafında rolu” mövzusunda elmi-praktik konfrans keçiriləcək: “Eyni zamanda gənc alim və mütəxəssislər arasında təşkil etdiyimiz “Ən yaxşı elmi məruzə”, “Ən yaxşı elmi məqalə və adlı mükafat müsabiqələrini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edəcəyik”.

Ə.Sucayev qeyd edib ki, həmçinin “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar bu ilin aprel ayında Bakı şəhərinin əməkdaşlıq etdiyimiz məktəblərində şagirdlər üçün “Kimyanı məntiqlə düşün” bilik yarışının təşkili və əyləncəli təcrübələrin nümayişi, bütün ilboyu isə İnstitutda məktəblilər üçün “Açıq qapı” günləri təşkil edilməsi planlaşdırılıb.

O bildirdib ki, İnstitutun aparıcı alimlərinin mətbuatda “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda müsahibə və müəllif məqalələrinin hazırlanması, çap edilməsi keçiriləcək əsas tədbirlərdən olacaq.

PAYLAŞ