Home Blog Page 104
İnstitutun gənc mütəxəsisi “Yeni üzvi birləşmələrin, aşqarların və müxtəlif kompozisiyaların fiziki-kimyəvi tədqiqi” laboratoriyasının kiçik elmi işçisi, fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantı Mənsurə Hüseynova Türkiyənin Orta Doğu Universiteti Kimya Bölümündə 21-28 noyabr 2016-cı il tarixlərdə təcrübəkeçmə ezamiyətində olmuşdur.
İnstitutun gənc mütəxəssisləri “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” adlı Gənclərin Beynəlxalq Elmi Forumunda (Gəncə şəh., 10-14 oktyabr, 2016) iştirak etmişlər.
İnstitutun fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantı Xədicə Məmmədyarova 18-21 iyul 2016-cı il tarixlərdə Afina Təhsil və Elmi-Tədqiqat İnstitutunda keçirilmiş “IV illik Beynəlxalq kimya konfransı”nda (Yunanıstan, Afina)  iştirak etmişdir.
«Korroziya inhibitorları» laboratoriyasının elmi işçisi Səbiyə Osmanova  27 iyun-01 iyul 2016-cı il  tarixində Sankt-Peterburq şəhərində Üzvi kimya üzrə keçirilmiş «ОргХим-2016» konfransında iştirak etmişdir.  
İnstitutun gənc mütəxəssisi, «Korroziya inhibitorları»  laboratoriyanın elmi işçisi Səbiyə Osmanova 22 may - 04 iyun 2016-cı il tarixlərində Almaniyanın Justus Liebig Giessen Universitetində "Ətraf mühitə kənd təsərrüfatının təsirinin qiymətləndirilməsi metodları" mövzusunda təşkil olunmuş yay məktəbində ("DAAD Summer Scool-2016") iştirak etmişdir.
Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar gənc tədqiqatçılar arasında keçirilən “Ən yaxşı elmi məruzə” müsabiqəsi (31 may 2016)
İnstitutun fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantı Xədicə Məmmədyarova 13-15 aprel 2016-cı il tarixlərində Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyi üçün 100 ideya” adlı Beynəlxalq Gənclər Layihəsinin yekunlarına əsasən ən yaxşı işlərin sərgi-təqdimatında  iştirak etmişdir. e
Kimya sahəsində dünya miqyasında tanınmış alim, akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru akademik V.M.Fərzəliyev 2013-cü ilin mart ayında yüksək keyfiyyətli peşəkar fəaliyyəti, sürtkü yağları, yanacaqlar və xüsusi mayelərin xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların məqsədyönlü sintezi və tədqiqi sahəsində apardığı fundamental tədqiqatlara görə Avropa Birliyinin Elmi-Sənaye Palatası tərəfindən Avropa Birliyinin ən nüfuzlu mükafatlarından biri olan Keyfiyyət Diplomu və...
Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasının rəhbəri professor P.Ş.Məmmədova İslam İnkişaf Bankının 57 üzv ölkə arasında keçirdiyi elmi-tədqiqatlar üzrə müsabiqədə “Qadın, ətraf mühit və dayanaqlı inkişaf” nominasiyasında “Neftlə çirklənmiş torpaqların biotəmizlənməsi” adlı innovativ elmi işinə görə birinci yerə və mükafata layiq görülmüşdür. Mükafat Tacikistanın Düşənbə şəhərində 18-22 may 2013-cü il tarixində keçirilmiş İslam İnkişaf Bankı İdarə...
12-14 iyun 2012-ci il tarixlərdə Bakıda AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda üzvi kimya, neft kimyası və neft emalı sahəsində görkəmli alim, AEA-nın akademiki, respublikanın əməkdar elm xadimi, Azərbaycan və iki dəfə SSRI Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, professor, AMEA Aşqarlar Kimyası Institutunun ilk direktoru Əli Musa oğlu Quliyevin 100 illik yubileyinə həsr olunmuş “Materialların keyfiyyətini yaxşılaşdıran...