Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimlərinin Türkiyənin Atatürk və Bartin Universitetlərindən olan həmkarları ilə birgə beynəlxalq elmi əməkdaşlıq çərçivəsində “Şəkərli diabet əleyhinə potensial dərman maddələri təsirinə malik enzim-izoenzim inhibitorların tapılması” istiqamətində apardıqları tədqiqatların mühüm nəticələri növbəti məqalə şəklində Q2 kateqoriyalı “Web of Science” bazasında impakt faktoru 3.2 olan dünyaca məşhur “Elsevier”...
MÜSAHİBƏ Azərbaycan elmi göstəricilərinə görə Cənubi Qafqazda liderdir Bakı, 30 iyul, Sevda Cəfərova, AZƏRTAC 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı texnika sahəsi üzrə “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə akademik Vaqif Fərzəliyevə, professorlar Həqiqət Cavadovaya və Əfsun Sucayevə verilib. Kompleks elmi-texniki işin rəhbəri, Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev Azərbaycan elminin bugünkü vəziyyəti, rəhbəri olduğu elmi...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “22 iyul – Milli Mətbuat Günü” ilə əlaqədar tədbir keçirilib. Giriş nitqi ilə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, qarşıdan jurnalistlərin peşə bayramı gəlir: “Bayram ərəfəsində Aşqarlar Kimyası İnstitutunun elmi-təşkilati fəaliyyətinə geniş informasiya dəstəyi verən dövlət mətbuatının bəzi nümayəndələri ilə görüş keçirməkdə...
MÜSAHİBƏ  09:33 11.07.2024 Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransında dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə Selsi ilə məhdudlaş­dırmaqla bu sahədə irəliləyişə nail olmaq, tədbirdə iştirak edən ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını ara­dan qaldırmaq kimi məsələlərin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü...
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan “Yaşıl dünya üçün innovasiyalar” Rəqəmsal İdeya Müsabiqəsi keçirilib. Respublikanın 50-dən çox inzibati ərazi vahidini təmsil edən gənclərimiz 30 komandada ən yaxşı olmaq üçün mübarizə aparıblar bu ilin ölkəmizdə  “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planına uyğun olaraq ekoloji maarifləndirmə seminarları davam etdirilir. 09 iyul 2024-cü il tarixində institutda “Yaşıl energetika və onun perspektivləri” mövzusunda növbəti seminar təşkil edilib. Giriş nitqi ilə çıxış edən İnstitutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, qlobal ekoloji...
MÜSAHİBƏ Elm onlar arasında əzəli tarazlığı pozmamalıdır  Ölkəmizdə son zamanlar insan kapitalının inkişafı, elmi tədqiqatların kommersiyalaşdırılması və bilik transferinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılır. Burada əsas məqsədlərdən biri hərtərəfli hazırlığa malik yüksək ixtisaslı kadrlara olan tələbatın ödənilməsidirsə, digəri Azərbaycan alimlərinin apardıqları yüksək səviyyəli fundamental tədqiqatların nəticələrini tətbiq etməklə yerli istehsalı inkişaf etdirmək, ən azı, strateji məhsulların idxal asılılığını minimumlaşdırmaqdır. Bu...
AR Elm və Təhsil Nazirliyi akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Elmi Şurasının 02 iyul 2024-cü il tarixlində növbəti iclası keçirilib. AR Elm və Təhsil Nazirliyi akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda vakant olan laboratoriya müdiri vəzifəsinin tutulması üçün müsabiqə (Müsabiqə elanı İnstitutunun rəsmi internet saytında 21 may  2024-cü il və “Elm” qəzetinin 24 may 2024-cü il № 18 (1415)...
24 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasının kiçik elmi işçisi, sabiq doktorant İbadulla Həsən oğlu  Mahmudovun “2306.01 – Üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tamamladığı dissertasiya işinin müdafiəsi keçirilib. Kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçısı İbadulla Həsən oğlu  Mahmudov...
27 iyun 2024-cü il tarixində Bakı Dövlət Universitetinin “Üzvi kimya” kafedrasında  magistrantların müvafiq İxtisaslaşdırılmış Elmi Şurada magistrlik dissertasiyasiyalarının müdafiəsi keçirilib. Elmi Şurada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun sabiq magistrantları Nəzərli Şəhanə Pənah qızının “Tərkibində fenol fraqmenti olan sulfamidlərin sintezi və tədqiqi”, İbrahimova Bəyim Rahib qızının “Pirazol törəmələrinin bəzi yeni metal komplekslərinin sintezi və...