Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının geniş tərkibdə növbəti iclası keçirilib.
İclasda 2024/2025-ci illər üzrə doktorantura və dissertanturaya qəbul olunmuş namizədlərin təsdiqi məsələsi müzakirə olunub.
Qeyd olunub ki, Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə imtahanda “Neft kimyası” və “Üzvi kimya” ixtisası üzrə “Xarici dil” və “Fəlsəfə” imtahanlarını müvəffəqiyyətlə verərək, növbəti...
Xəbərlər
Bakıda “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda beynəlxalq forum keçirilib
11–12 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyi ilə Times Higher Education Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq çərçivəsində “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda beynəlxalq forum keçirilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən foruma Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universiteti evsahibliyi edib.
Forumun məqsədi Birləşmiş Millətlər Təşkilatının (BMT) 13-cü Dayanıqlı...
"Elmi, qeyri-elmdən ayırmalıyıq. Biz elm deyəndə nə nəzərdə tuturuq? Bu, çox vacib bir sualdır".
Modern.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl Bakıda keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışı zamanı deyib.
E.Əmrullayev bildirib ki, nazirlik olaraq müzakirələri dinləyəndə, gördüyümüz ondan ibarətdir ki, kifayət qədər çoxlu ictimai müzakirə var, amma onun içində elm azdır.
"Elmin səviyyəsi...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunun direktoru “Azərbaycan müəllimi” qəzetini 90 illik yubileyi münasibətilə təbrik edib
Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev “Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Azərbaycan müəllimi" qəzetinin kollektivinə!
Sizi "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir və çətin, ancaq şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.
Bir əsrə yaxın müddətdə şanlı bir yol keçən "Azərbaycan müəllimi" qəzeti ölkəmizin elm və təhsil sahəsinin inkişafına böyük töhfələr vermiş, istər sovet dövründə,...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutunda insan sağlamlığına töhfə verən beynəlxalq səviyyəli tədqiqatlar aparılır
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planına uyğun olaraq növbəti maarifləndirmə seminarı keçirilib. “Bitki ekstraktları əsasında canlı orqanizmlərin bəzi patoloji proseslərinə qarşı antioksidantların alınması və tədqiqində yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edən İnstitutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, AKİ...
Bakıda Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilib. Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim olmaqla ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edib.
Forum dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimləri bir araya gətirmək və onları yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq və elm xadimlərinin şəbəkələşməsinə töhfə vermək məqsədilə təşkil olunub.
Forum çərçivəsində Azərbaycanda elm...
10 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib.
İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, imtahanda “Neft kimyası” və “Üzvi kimya” ixtisası üzrə “Xarici dil” və “Fəlsəfə” imtahanlarını müvəffəqiyyətlə verərək, növbəti mərhələyə keçən 3 namizəd iştirak edib.
İmtahan komissiyasının sədri institutun baş direktoru,...
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Şura üzvlərinin sayı 11 nəfər olaraq müəyyənləşib.
Nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Şuranın sədri seçilib.
Şuranın üzvləri isə aşağıdakılardır:
- Elm və Təhsil Nazirliyi Aşqarlar Kimya İnstitutunun icraçı direktoru Sucayev Əfsun Rəzzaq oğlu
- Elm...
Xəbərlər
Aşqarlar Kimyası İnstitutu alimlərinin Web of Science bazasına daxil olan jurnallarda dərc olan məqalələrinin sayı artıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) tədqiqatçılarının “ Clarivate Analytics” (Web of Science) bazasında indeksləşdirilən jurnallarda dərc olunan məqalələrin və onlara edilən istinadların sayı əsaslı şəkildə artıb. İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayevin verdiyi məlumata görə, AKİ alimlərinin 2022-2024-cü illər üzrə olmaqla son 3 ildə beynəlxalq bazaya daxil...
05 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda (AKİ) Elmi Şuranın geniş tərkibdə iclası keçirilib.
İclası giriş nitqi ilə açan İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən elmi fəaliyyətə görə əlavə aylıq ödənişlər müəyyənləşdirilib: “Məqsəd elmi...










