Home Blog Page 105
İnstitutun direktoru akademik Vaqif Fərzəliyev və direktor müavini Elman Zülfiqarov  2016-cı il dekabrın 4-dən 11-dək Ege Universitetində (Türkiyə, İzmir şəh.) ezamiyyətdə olmuşdur.
Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi 05 dekabr 2016-cı il tarixində AMEA-nın Təcrübə-Sənaye Zavodunda keçirilmiş görüşdə zavod mühəndisləri ilə respublikanın sürtkü materiallarına olan təlabatının ödənilməsinə dair fikir mübadiləsi aparmışdır.
İnstitutun gənc mütəxəsisi “Yeni üzvi birləşmələrin, aşqarların və müxtəlif kompozisiyaların fiziki-kimyəvi tədqiqi” laboratoriyasının kiçik elmi işçisi, fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantı Mənsurə Hüseynova Türkiyənin Orta Doğu Universiteti Kimya Bölümündə 21-28 noyabr 2016-cı il tarixlərdə təcrübəkeçmə ezamiyətində olmuşdur.
İnstitutun gənc mütəxəssisləri “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” adlı Gənclərin Beynəlxalq Elmi Forumunda (Gəncə şəh., 10-14 oktyabr, 2016) iştirak etmişlər.
İnstitutun fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantı Xədicə Məmmədyarova 18-21 iyul 2016-cı il tarixlərdə Afina Təhsil və Elmi-Tədqiqat İnstitutunda keçirilmiş “IV illik Beynəlxalq kimya konfransı”nda (Yunanıstan, Afina)  iştirak etmişdir.
«Korroziya inhibitorları» laboratoriyasının elmi işçisi Səbiyə Osmanova  27 iyun-01 iyul 2016-cı il  tarixində Sankt-Peterburq şəhərində Üzvi kimya üzrə keçirilmiş «ОргХим-2016» konfransında iştirak etmişdir.  
İnstitutun gənc mütəxəssisi, «Korroziya inhibitorları»  laboratoriyanın elmi işçisi Səbiyə Osmanova 22 may - 04 iyun 2016-cı il tarixlərində Almaniyanın Justus Liebig Giessen Universitetində "Ətraf mühitə kənd təsərrüfatının təsirinin qiymətləndirilməsi metodları" mövzusunda təşkil olunmuş yay məktəbində ("DAAD Summer Scool-2016") iştirak etmişdir.
Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar gənc tədqiqatçılar arasında keçirilən “Ən yaxşı elmi məruzə” müsabiqəsi (31 may 2016)
İnstitutun fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantı Xədicə Məmmədyarova 13-15 aprel 2016-cı il tarixlərində Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyi üçün 100 ideya” adlı Beynəlxalq Gənclər Layihəsinin yekunlarına əsasən ən yaxşı işlərin sərgi-təqdimatında  iştirak etmişdir. e
Kimya sahəsində dünya miqyasında tanınmış alim, akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru akademik V.M.Fərzəliyev 2013-cü ilin mart ayında yüksək keyfiyyətli peşəkar fəaliyyəti, sürtkü yağları, yanacaqlar və xüsusi mayelərin xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların məqsədyönlü sintezi və tədqiqi sahəsində apardığı fundamental tədqiqatlara görə Avropa Birliyinin Elmi-Sənaye Palatası tərəfindən Avropa Birliyinin ən nüfuzlu mükafatlarından biri olan Keyfiyyət Diplomu və...